Mançester Siti macar müdafiəçi üçün hərəkətə keçdi

20.05.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Mançester Siti" yay "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, "şəhərlilər" sol cinah müdafiəçisi mövqeyi üçün "Bornmut"un futbolçusu Miloş Kerkeji komandaya dəvət edəcək.

"Liverpul"un da transfer siyahısında yer alan müdafiəçinin "Mançester Siti"yə keçəcəyi gözlənilir.

21 yaşlı macar futbolçunun "Bornmut"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Milos "AZ Alkmaar"da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью