“Mançester Siti” Mareskaya görə 10 milyon ödəyə bilər

21.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin “Mançester Siti” futbol klubu Enzo Mareskanı baş məşqçi postuna gətirmək üçün “Çelsi” ilə maliyyə razılaşmasına yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Bildirilir ki, tərəflər arasında kompensasiya danışıqları davam edir və ödənişin məbləği 10 milyon funt sterlinqi (təxminən 23 milyon AZN) keçə bilər.

“Çelsi” hesab edir ki, Mareska London klubunda baş məşqçi olduğu vaxt rəqib klublarla danışıqlar aparmaqla müqavilə şərtlərini pozub. Klub rəhbərliyi italiyalı mütəxəssisin gedişinin mövsümə mənfi təsir etdiyini düşünür. Nəticədə komanda Premyer Liqanı 10-cu pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.

Buna baxmayaraq, klublar münasibətləri gərginləşdirmək istəmirlər. “Çelsi”nin “Mançester Siti”dən Premyer Liqaya şikayət etmək və Mareskaya qarşı məhkəmə iddiası qaldırmaq imkanı olsa da, razılaşma əldə olunacağı halda bu addımlardan imtina ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Mançester Siti” mövsümöncəsi hazırlığa gələn ayın ortalarında başlayacaq. Komandanın 19 futbolçusu dünya çempionatında iştirak etdiyindən klubun danışıqları yekunlaşdırmaq üçün vaxtı var. Mareska isə yeni işinə mümkün qədər tez başlamaq istəyir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью