Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərakeş millisinin üzvü və "Lill" klubunun yarımmüdafiəçi Əyyub Buaddi "Mançester Siti"yə keçib.
Fanat.Az xəbər verir ki, futbolçunun keçidini İngiltərə klubunun saytı rəsmən elan edib.
Müqavilənin müddəti 5 illikdir.
"Mançester Siti" və "Lill"in 95 milyon avro dəyərində razılığa gəldiyi və müqaviləyə potensial bonusların da daxil olduğu bildirilir.
Buaddi ötən mövsüm bütün yarışlarda 42 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun "Lill"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər idi. "Transfermarkt" onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.