Mançester Siti “Milan”ın hücumçusu ilə müqavilə bağlamağa yaxındır

03.06.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Milan"ın hücumçusu Tijani Reynders karyerasını "Mançester Siti"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər müqavilə bağlamağa yaxındırlar. İngiltərə klubu iyunun 14-də başlayacaq Klublararası Dünya Çempionatı başlamazdan əvvəl 26 yaşlı niderlandlı ilə sözləşmə imzalayacağına ümid edir.

Qeyd edək ki, forvard 2024/25 mövsümün 54 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью