Mançester Siti milli üzvünü heyətinə qatdığını açıqladı

02.07.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti" yeni transferini açıqlayıb.

Fanat.Az "şəhərlilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə millisinin futbolçusu Elliot Anderson heyətə qatılıb.

"Şəhərlilər" 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı "Nottinqem Forest"lə razılığa gəlib. Hazırda İngiltərə millisi ilə dünya çempionatına qatılan oyunçu Kanzasda tibbi müayinədən də keçib. O, İngiltərəyə qayıtdıqdan sonra müqavilə rəsmiləşəcək.

Anderson 2024-cü ildən "Nottinqem Forest"in uğurları üçün çalışıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью