Mançester Siti millinin üzvünü transfer edəcək

12.03.2025

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Siti" transfer çalışmalarını davam etdirir.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" "Kristal Pelas"da oynayan Adam Vortonla maraqlanır.

Xosep Qvardiola "Kristal Pelas"da oynayan 21 yaşlı yarımmüdafiəçinin transferinin bu yay reallaşdırılmasını istəyir.

Vortonun hazırkı komandası ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

İngilis futbolçu bu mövsüm Premyer Liqada 13 matçda meydana çıxıb. 

İngiltərə millisinin üzvü "Blekbern"dən "Kristal Pelas"a keçib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью