Mançester Siti Morqan Qibbs Uaytı heyətinə qatmaq istəyir

16.02.2026

Icma.az bildirir, Mia.az portalına istinadən.

İngiltərə nəhəngi "Mançester Siti" yay transfer pəncərəsində "Nottinqem Forest"də çıxış edən futbolçu Morqan Qibbs-Uaytı heyətinə qatmaq istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Siti" ötən il ingiltərəli oyunçunu almağa çalışsa da, istəyinə çatmayıb.

Xatırladaq ki, Morqan Qibbs-Uayt bu mövsüm 35 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

26 yaşlı futbolçunun "Nottinqem Forest"lə 2028-ə dək müqaviləsi mövcüddur.

Fərid

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью