“Mançester Siti” mövsümdə ikinci kubokunu qazandı VİDEO

16.05.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Çelsi” və “Mançester Siti” arasında 2025/26 mövsümündə İngiltərə Kubokunun finalı başa çatıb.

İdman.Biz bildirir ki, “şəhərlilər” 1:0 hesabı ilə qalib gəliblər. Oyun Londondakı “Uembli” stadionunda baş tutub.

72-ci dəqiqədə Antuan Semenyo matçın yeganə qolunu vurub.

Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunu qazanıb.

Qeyd edək ki, bu “Mançester Siti”nin bu mövsüm qazandığı ikinci kubokdur. Daha əvvəl klub İngiltərə Liqa Kubokunu qazanmışdı.

Çempionatda lider “Arsenal”da iki xal geri olan “Siti” mövsümdə üçüncü kubokunu qazanmaq şansını da itirməyib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью