Mançester Siti müdafiəçi axtarışına çıxıb

10.04.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti" yeni sağ cinah müdafiəçisi almağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Mənbənin məlumatına görə, "şəhərlilər"ın yeni idman direktoru Uqu Viana artıq bunun üzərində işləyir. İngiltərə klubu bəzi namizədləri gözdən keçirsə də, adlar açıqlanmır.

Qeyd edək ki, hazırda Xosep Qvardiolanın sərəncamında yalnız bir sağ cinah müdafiəçisi var ki, o da 20 yaşlı Riko Lyuisdir. Klubun öz yetirməsi olan müdafiəçi bu mövsüm 39 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью