“Mançester Siti“ müdafiəçisini satışa çıxarıb

27.12.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin "Mançester Siti" klubu müdafiəçisi Natan Akeni satışa çıxarıb.

Moderator.az-ın "Defensa Central"a istinadən məlumatına görə, futbolçu İspaniyanın "Real" klubuna təklif olunub.

Mançester təmsilçisi 30 yaşlı oyunçunun satışından 30 milyon avro əldə etmək istəyir və bu səbəbdən onu azad agent kimi buraxmaq niyyətində deyil. Hazırda isə niderlandlı futbolçuya "Barselona" (İspaniya) "Real"dan daha çox maraq göstərir.

Qeyd edək ki, N.Ake 2020-ci ilin yayından "Mançester Siti"nin formasını geyinir. Bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 13 matçda məhsuldarlıqla yadda qalmayıb. "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər olan futbolçu 18 milyon avro dəyərində qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью