Mançester Siti nin 10 futbolçusu Qalatasaray a qarşı oynamayacaq

26.01.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Mançester Siti" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turu çərçivəsində öz meydanında "Qalatasaray"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi əsas mərhələnin son oyununa ciddi itkilərlə çıxacaq. 10 futbolçu müxtəlif səbəblərdən komandaya kömək edəcək.

Müdafiəçilər Con Stounz, Yoşko Qvardiol, Ruben Diaş, yarımmüdafiəçilər Niko Qonsales, Mateo Kovaçiç, vingerlər Savinyo və Oskar Bobb zədəli, Rodri cəzalı durumdadır.

"Şəhərlilər"in qış transfer pəncərəsi zamanı heyətinə qatdığı Mark Qehi ilə Antuan Semenyo isə qaydalara görə bu matçda iştirak edə bilməz.

Qeyd edək ki, "Mançester Siti" - "Qalatasaray" qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью