Mançester Siti nin futbolçusu Fənərbaxça ilə danışıq aparır

30.10.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Mançester Siti" və Xorvatiya millisinin üzvü Mateo Kovaçiç Türkiyəyə yollanmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Fənərbaxça” ilə danışıq aparır.

Xorvat yarımmüdafiəçi İstanbul klubundan sərfəli təklif alıb. Kovaçiç özü də Türkiyəyə yollanmağı götür-qoy edir. Onun “şəhərlilər”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Kovaçiç “Dinamo”(Zaqreb), “İnter”, “Real”(Madrid), “Çelsi” klublarının formasını geyinib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью