Mançester Siti nin futbolçusuna Portuqaliyadan təklif

31.07.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin müdafiəçisi Vitor Reys karyerasını Portuqaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Portu" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Andre Ernan məlumat yayıb.

"Əjdahalar" 19 yaşlı mərkəz müdafiəçisini icarəyə götürməyi planlaşdırır. "Portu" gənc oyunçu üçün İngiltərə klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, "Mançester Siti" Vitor Reysi bu ilin yanvar ayında "Palmeyras"dan transfer edib. "Sambaçı" Premyer Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью