Mançester Siti nin hücumçusu Yuventus un hədəfində

20.06.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Siti"nin hücumçusu Omar Marmuş karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" misirli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Turin təmsilçisinin baş məşqçisi Luçano Spaletti Marmuşu komandasında görmək istəyir. "Yuventus" 27 yaşlı forvardı icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, "Mançester Siti" OmarMarmuşu 2025-ci ilin yanvarında "Ayntraxt"dan 75 milyon avroya transfer edib. Misir millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью