Mançester Siti nin Kamavinqa planı

08.03.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Siti" bu yay "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb .

"Şəhərlilər” fransız futbolçunu 34 yaşlı yarımmüdafiəçi İlkay Gündoğan və arabir meydanın mərkəzində də çıxış edən 30 yaşlı Bernardo Silvanın əvəzedicisi kimi görür .

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın da Kamavinqanı bəyəndiyi vurğulanır. Mütəxəssis hesab edir ki, 22 yaşlı futbolçu komandaya enerji qatmağa qadirdir.

Bu mövsüm Kamavinqa bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью