Mançester Siti nin legioneri sağaldı

19.10.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Mançester Siti"nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovun nə vaxt məşqlərə başlayacağı bəlli olub. 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, özbək futbolçunun əvvəlcə İngiltərə Premyer Liqasının 8-ci turunun "Everton"a qarşı 2:0 hesabı ilə qalib gəldikləri oyun üçün geri dönəcəyi gözlənilirdi. Lakin bu, baş tutmayıb.

Premyer Liqanın 5-ci turunun “Arsenal”la(2:0) matçında zədələnmişdi. 21 yaşlı müdafiəçi mövsümün əvvəlində 5 matçda meydana çıxıb. Onun zədəsini gələn həftəyə kimi sağalda biləcəyi iddia olunur. 

Özbəkistan millisinin müdafiəçisi İngiltərə klubunun heyətində 15 oyuna çıxıb, 1 qol vurub. 
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью