Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Mançester Siti"nin mərkəz müdafiəçisi Mark Qehi sıradan çıxıb.
26 yaşlı futbolçu Premyer Liqanın X turunun "Nottingem Forest"lə matçında (1:3) zədələnib. Yığmanın baş məşqçisi Tomas Tuxel Qehinin əvəzinə "Nyukasl"dan Den Berni heyətə çağırmaq qərarına gəlib.
Qeyd edək ki, İngiltərə millisi UEFA Millətlər Liqası çərçivəsində iki oyun keçirəcək. Komanda noyabrın 12-də öz meydanında Xorvatiyanı qəbul edəcək, bundan üç gün sonra isə səfərdə İspaniya ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi