Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Siti"nin qapıçısı Ştefan Orteqa iş yerini dəyişmək üzrədir.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 33 yaşlı qolkiper "Nottingem Forest"ə keçməyə yaxındır.
Almaniyalı qolkiperin "meşəbəyilər"lə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayacağı bildirilib.
Sözügedən futbolçunun bu gün tibbi müayinədən keçəcəyi diqqətə çatdırılıb.
Orteqa 2022-ci ilin yayından "şəhərlilər"in formasını geyinir. O vaxtdan bəri bütün turnirlərdə 56 matça çıxan "çərçivə" qoruyucusu bu görüşlərin 25-də qol buraxmayıb.
Nihat