Mançester Siti nin qapıçısı Nottingem Forest ə keçir

31.01.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mançester Siti"nin qapıçısı Ştefan Orteqa İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" almaniyalı qolkiperin keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Qırmızılar" 33 yaşlı "əlcək sahibi"ni mövsümün sonuna qədər icarəyə götürəcək. Təcrübəli futbolçu bu gün "Nottingem Forest" üçün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Ştefan Orteqa 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Almaniya millisinin sabiq üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью