Mançester Siti nin ulduzu Qalatasaray la danışıqlar üçün Türkiyəyə gedir

08.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Mançester Siti" klubunun əslən türkiyəli olan alman futbolçusu İlkay Gündoğan "Qalatasaray"la danışıqlar üçün Türkiyəyə gedir.

Oxu.Az "NtvSpor"a istinadən xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı Sara Gündoğan sosial media hesabından paylaşım edib.

Sara Gündoğan həyat yoldaşı İlkay Gündoğan və uşaqları ilə təyyarədə çəkdirdiyi fotonu sosial media hesabında paylaşaraq Türkiyəyə yola düşdüklərini bildirib.

Qeyd edək ki, "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola İlkayın Türkiyəyə gedişinin "Qalatasaray"la əlaqədar olub-olmadığına dair heç bir məlumatının olmadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью