Mançester Siti nin yayda transfer etmək istədiyi üç futbolçu açıqlanıb

18.02.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Mançester Siti" klubu yay transfer dönəmində üç futbolçu transfer etməyi planlaşdırır.

"Report" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər"in maraqlandığı oyunçular İspaniyada çıxış edirlər.

Bunlar "Espanyol"un qapıçısı Xuan Qarsiya, "Real"ın vingeri Rodriqo və "Vilyarreal"dan Aleks Baenadır.

Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında 44 xalla 4-cü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью