Mançester Siti Nyukasl ın müdafiəçisini qaralayıb

17.11.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mançester Siti" "Nyukasl"ın sağ cinah müdafiəçisi Valentino Livramentonun xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykob X sosial media platformasında paylaşım edib.

Mənbənin sözlərinə görə, "şəhərlilər" 2026-cı ilin yayı üçün 23 yaşlı ingilisi əsas transfer prioriteti hesab edir.

Qeyd edək ki, müdafiəçinin "sağsağanlar"la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Müdafiəçi bu mövsüm 8 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью