“Mançester Siti” onu yenə icarəyə göndərir

10.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Mançester Siti” futbolçusu Divin Saku Mubamanı icarəyə verəcək.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı hücumçu yeni mövsümdə “Sauthempton”da forma geyinəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klublar ingiltərəli futbolçunun icarəsi üçün razılığa gəlib.

Mubama ötən mövsüm “Stok Siti”də çıxış edib. O, bu komandada 26 oyunda 5 qol vurub.

Hücumçu 2024-cü ildən “Mançester Siti”yə məxsusdur. Forvard “şəhərlilər”lə 1 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью