Mançester Siti onun üçün 30 milyon avro ödəyir

01.06.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Mançester Siti" "Lion"un futbolçusu Rayan Şerki hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Fransa klubu 21 yaşlı vinger üçün 30 milyon avro tələb edir. "Şəhərlilər" bu məbləği ödəməyə və yaxın günlərdə transferi gerçəkləşdirməyə hazırdır. 

Qeyd edək ki, Rayan Şerki bu mövsüm "Lion"un heyətində 44 oyuna çıxaraq 12 qol vurub və 20 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью