Mançester Siti onun xidmətində maraqlıdır

23.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Siti" klubu Portuqaliya təmsilçisi "Sportinq"də çıxış edən Maksimiliano Arauxo ilə maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

"Şəhərlilər" uruqvaylı vingeri qarşıdakı transfer dönəmlərində heyətə cəlb etməyə çalışacaq.

24 yaşlı futbolçunun müdafiənin də cinahında oynaya bilməsi İngiltərə klubunun diqqətini cəlb edib.

Qeyd edək ki, Maksimiliano Arauxo cari mövsüm bütün yarışlarda 14 matçda meydanda olub, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə hazırkı müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью