“Mançester Siti” özbək futbolçu üçün HƏRƏKƏTƏ KEÇDİ

05.01.2025

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

İngiltərənin "Mançester Siti" komandası Özbəkistan millisinin futbolçusu Abdukodir Xusanovun transferi ilə bağlı Fransa "Lans"ı ilə danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, Fransa klubu özbək müdafiəçini asan şəkildə İngiltərə nəhənginə buraxmaq istəmir. Hazırda oyunçuya başqa klublardan da maraq var.

A.Xusanov 2023-cü ildən "Lans"da çıxış edir. Futbolçunun klub ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

O, bu mövsüm 16 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью