“Mançester Siti” portuqaliyalı futbolçu ilə müqavilənin müddətini uzadıb

22.08.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 avqust, AZƏRTAC

İngiltərənin "Mançester Siti" komandasında yeni müqavilə imzalanıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər” müdafiəçisi Ruben Diaşla müqavilənin müddətini uzadıb.

28 yaşlı portuqaliyalı oyunçu 2029-cu ilə qədər Premyer Liqa klubunda çıxış edəcək.

Qeyd edək ki, Ruben Diaş "Mançester Siti"yə 2020-ci ildə keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью