Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasınada çıxış edən klublar “Mançester Siti”nin ən azı qarşıdakı mövsümdə çempionatdan kənarlaşdırılmasını tələb etməyə hazırlaşırlar.
Modern.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Klublar “Mançester Siti” rəhbərliyinin mövqeyinin Premyer Liqanın imicinə vura biləcəyi zərərlə bağlı da narahatlıq keçirirlər. Mançester təmsilçisi isə ittihamları rədd edir və müstəqil komissiyanın nəticələrindən apellyasiya şikayəti vermək niyyətindədir.
Müstəqil komissiya 2009/2010-2017/2018 mövsümləri arasındakı dövrlə bağlı “Mançester Siti”nin bir sıra qaydaları pozduğunu müəyyən edib.
Komissiyanın gəldiyi nəticələrə əsasən:
“Mançester Siti” bir sıra kommersiya tərəfdaşları ilə tərəflər arasındakı real razılaşmaların mahiyyətini təhrif edən saxta müqavilələr bağlayıb, həmçinin klubun gəlirlərini süni şəkildə artırmaq və xərclərini azaltmaq üçün digər tərəfdaşlarla da “saxta” müqavilələrdən istifadə edib;
Klub maliyyə hesabatlarında düzgün olmayan məlumatlar təqdim edib və maliyyə vəziyyətinin real durumunu auditorlardan və futbol tənzimləyici qurumlardan gizlədib;
“Mançester Siti” Premyer Liqa və UEFA tərəfindən müəyyən edilmiş xərc limitlərini əhəmiyyətli dərəcədə aşıb;
Premyer Liqanın apardığı araşdırma zamanı klub liqa ilə əməkdaşlıq və vicdanlı qarşılıqlı fəaliyyət öhdəliklərini dəfələrlə pozub. Dörd ehtimal olunan pozuntudan üçü sübuta yetirilib.
Komissiyanın açıqlamasında bildirilir ki, “Mançester Siti”yə tətbiq olunacaq sanksiyalar məsələsi ayrıca keçiriləcək dinləmələrdə nəzərdən keçiriləcək.