Mançester Siti PSJ oyunu hansı kanalda yayımlanacaq?

14.10.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun növbəti oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində Türkiyə təmsilçisi "Fənərbağça" klubu İngiltərədə "Aston Villa" klubunun qonağı olacaq.
Azərbaycanda azarkeşlər "Aston Villa" - "Fənərbağça" oyununu Bakı vaxtı ilə saat 23:00-dan etibarən "CBC Sport" TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşmasında isə "Mançester Siti" İngiltərədə Fransanın PSJ klubu ilə qarşılaşacaq.
Azarkeşlər "Mançester Siti" - PSJ oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.
UEFA Çempionlar Liqası
II tur
14 oktyabr
23:00, "Aston Villa" - "Fənərbağça" ("CBC Sport" TV);
23:00, "Mançester Siti" - PSJ (İctimai TV).
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью