Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Siti" qalib gəldi, "Arsenal" uduzdu İngiltərə Premyer Liqasında 15-ci tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun gününə 7 matç nəzərdə tutulub. Lider “Arsenal” səfərdə “Aston Villa”ya uduzub.
“Liverpul” “Lids”lə heç-heçə edib. “Mançester Siti” “Sanderlend”ə qalib gəlib. “Çelsi” isə “Bornmut”la bərabərə qalıb.
Hazırda turnir cədvəlində "Arsenal" 33 xalla 1-ci, "Mançester Siti" 31 xalla 2-ci, "Aston Villa" isə 30 xalla 3-cüdür.
İngiltərə Premyerliqası, 15-ci tur 6 dekabr "Aston Villa" – "Arsenal" - 2:1 Qollar: Keş, 36. Buendiya, 90+5 – Trossard, 52.
"Tottenhem" – "Brentford" - 2:0 Qollar: Riçarlison, 25. X.Simons, 43. "Nyukasl" – "Bernli" - 2:1 Qollar: B.Gimarayns, 31. Qordon, 45+8-pen.
– Flemminq, 90+4-pen. "Mançester Siti" – "Sanderlend" - 3:0 Qollar: R.Dias, 31. Qvardiol, 35. Foden, 65.