Mançester Siti qapıçısını satmağa razılaşdı Bu qiymətə

28.07.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford klubdan ayrılmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabrizio Romano sosial media hesabı üzərindən yayıb. 

Mənbənin məlumatına görə, o, karyerasını "Lids"də davam etdirəcək.

Razılaşdırılan müqavilənin dəyəri təxminən 47 milyon avro və bonuslardan ibarət olacaq. Klublar artıq Traffordun transferi ilə bağlı ilkin anlaşma əldə ediblər. Qapıçının özünə uzunmüddətli müqavilə təklif edilib. Bütün sənədləşmə işlərinin bu həftənin sonuna qədər imzalanması gözlənilir.

Trafford "Mançester Siti" də 17 oyun keçirib və bunların səkkizində qapısını toxunulmaz saxlayıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью