“Mançester Siti” qələbə qazana bilmədi KONKRET

07.12.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XV turun oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Kristal Pelas”ın qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Xallarını 27-yə çatdıran “Mançester Siti” 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə 13 xalla 16-cı yerdədir.

Günün digər oyunlarında “Aston Villa” “Sauthempton”u 1:0, “Brentford” isə “Nyukasl”ı 4:2 hesabı ilə məğlub edib.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью