Mançester Siti Qvardiola ilə müqavilə yenilədi

22.11.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı "şəhərlilər"in mətbuat xidməti yayıb.

İspaniyalı mütəxəssis müddəti 2027-ci ilin yayında bitəcək yeni anlaşmaya imza atıb.

53 yaşlı Qvardiolanın əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu. 

Pep 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”nin "sükanı arxası"ndadır. MS onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb.

2023-cü ildə “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью