Mançester Siti Qvardiolanın gedəcəyini təsdiqlədi, yeni iş yerini açıqladı

22.05.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Mançester Siti" baş məşqçisi Xosep Qvardiola ilə mövsümün sonunda əməkdaşlığa son qoyulacağını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in mətbuat xidməti belə bir bəyanat yayıb:

"Mançester Siti"ni 2016-cı ilin iyulundan çalışdıran, 10 il müddətində komandanın uğurlarında böyük pay sahibi olan, 20 böyük titul qazaraq klub tarixinin ən uğurlu baş məşqçisi statusunu əldə edən kataloniyalı gedir.

Pep baş məşqçi postundan ayrılsa da, qolobal səfir olaraq "City Football Group" ilə əməkdaşlığı davam etdirəcək. O, qrupdakı klublara texniki məsləhətlər verəcək, konkret layihələr üzərində işləyəcək". 

Qvardiola MS ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə ölkə kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, eləcə də UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Toğrul
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью