Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
"Mançester Siti" müdafiəçisi Yoşko Qvardiolun müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni razılaşmaya əsasən, Xorvatiya millisinin üzvü 2031-ci ilin yayına qədər "şəhərlilər"in formasını geyinəcək.
23 yaşlı mərkəz müdafiəçisi yeni müqavilədən məmnunluğunu ifadə edərək, "Mançester Siti"də daha böyük uğurlar qazanmaq istədiyini bildirib.
Qeyd edək ki, Yoşko Qvardiol 2023-cü ilin avqustunda Almaniyanın "Leyptsiq" klubundan 90 milyon avro transfer haqqı qarşılığında "Mançester Siti"yə keçib. Xorvatiyalı müdafiəçi İngiltərə təmsilçisi ilə indiyədək 1 Premyer Liqa, 1 UEFA Superkuboku, 1 FIFA Klublararası Dünya Çempionatı, 1 İngiltərə Kuboku və 1 İngiltərə Superkuboku qazanıb.