Mançester Siti Rayan Şerkini 90 milyon avroya satmağa hazırdır

30.10.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rayan Şerki üçün təxmini qiymət müəyyən edib.

Redaktor.az "CaughtOffside"a istinadən xəbər verir ki, "şəhərlilər" 23 yaşlı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır.

İspaniyanın "Real" və Fransanın PSJ komandaları oyunçu ilə maraqlanır. Hər iki klub fransalı futbolçu ilə bağlı durumu izləyir və onu heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Xatırladaq ki, 2025-ci ilin yayından "Mançester Siti"də çıxış edən Rayan Şerkinin müqaviləsinin müddəti 2030-cu ilədək qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью