“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər

27.09.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər

“Mançester Siti”nin sahibi və rəhbərliyi  istefa tələbi ilə üzləşə bilər.

QOL.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Rəhbrlik klubun maliyyə pozuntuları ilə bağlı 115 ittihamın əksəriyyəti üzrə təqsirli bilinib. Məlumata görə, belə bir radikal addım hökumət nəzdində fəaliyyət göstərən Müstəqil Futbol Tənzimləmə Orqanının (IFR) məhkəmə qərarında klub rəhbərliyinin müəyyən edilmiş tələblərə uyğun hesab etməyəcəyi təqdirdə tətbiq oluna bilər.

Bu halda tənzimləyici qurum birbaşa tədbir görə və ya İngiltərə Premyer Liqasını klub rəhbərliyi ilə bağlı genişmiqyaslı araşdırma aparmağa məcbur edə bilər.

Qeyd edək ki, IFR ötən ilin sentyabrında Premyer Liqa klublarının sahibləri və direktorları üçün yenilənmiş uyğunluq testini rəsmi şəkildə təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью