Mançester Siti rekord gəlir əldə edib

14.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Siti" 2023/24 mövsümünə dair maliyyə hesabatını açıqlayıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, "şəhərlilər" 2023/24 mövsümü üçün 715 milyon funt-sterlinq gəlir əldə edərək, əvvəlki mövsümün liqa rekordunu (712,8 milyon funt-sterlinq) qırıblar. Klubun xalis mənfəətinin 73,8 milyon funt sterlinq təşkil etdiyi qeyd edilir.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 15 turundan sonra "Mançester Siti" 27 xal toplayıb və hazırda 4-cü yerdədir. Xosep Qvardiolanı komandası bütün turnirlərdə son 10 matçın yalnız 1-də qələbə qazanıb. "Mançester Siti” İngiltərə çempionatında növbəti oyununu “Mançester Yunayted”ə qarşı keçirəcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью