Mançester Siti Rodri ilə razılığa gələ bilmir

19.06.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Mançester Siti"nin ispaniyalı ulduz yarımmüdafiəçisi Rodrinin klubdakı gələcəyi böyük sual altında qalıb.

Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu gələn il müqavilə müddəti başa çatacaq təcrübəli futbolçu ilə sözləşməni uzatmaq üçün ciddi cəhdlər göstərir.

Rəhbərliyin futbolçuya olduqca cəlbedici və yüksək məbləğli yeni təklif irəli sürməsinə baxmayaraq, tərəflər arasında hələ də heç bir rəsmi razılıq əldə olunmayıb.

Hazırda gələcəyi qeyri-müəyyən olan Rodri üçün klub rəhbərliyinin yaxın günlərdə növbəti addımı atacağı gözlənilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью