“Mançester Siti“ Rodri üçün 84 milyon avro tələb edir

27.05.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodrini 84 milyon avroya satmağa hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

İspaniya təmsilçisi "Real" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

"Kral klubu" qarşı tərəfin tələb etdiyi məbləği çox hesab edir. "Real" ispaniyalı oyunçu üçün 60 milyon avro təklif etmək niyyətindədir.

Xatırladaq ki, 2019-cu ildən "Mançester Siti"də çıxış edən Rodri cari mövsüm 33 oyunda 2 qolla yadda qalıb. O, 2024-cü ildə "Qızıl top" mükafatının sahibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью