“Mançester Siti” Rodrinin müqaviləsinin müddətini uzatmaq istəyir

10.08.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodrinin müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Bakıvaxtı.az AS nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in rəhbərliyi oyunçunun komandada qalmasını istəyir.

Onlar İspaniya təmsilçisi “Real” yarımmüdafiəçiyə marağından xəbərdardırlar. Rodri isə hələlik gələcəyi barədə qərar verməyib.

Qeyd edək ki, 2019-cu ildən “Mançester Siti”də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. 29 yaşlı oyunçu 2024-cü ildə “Qızıl top” mükafatını qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью