Mançester Siti Rodrinin yerinə onu istəyir

30.09.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Mançester Siti” “Bavariyanın dayaq yarımmüdafiəçisi Aleksandar Pavloviçi Rodrinin uzunmüddətli alternativi kimi görür. 

QOL.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

İngiltərə klubu 21 yaşlı futbolçunun transferini yaxın qış pəncərəsində reallaşdırmaq niyyətindədir. “Şəhərlilər”in Pavloviç üçün 45–50 milyon avro təklif etməyə hazır olduğu vurğulanır. Onunla “Yuventus” və PSJ də maraqlanırlar.

Qeyd edək ki, Pavloviç bu mövsümdə 11 oyunda meydana çıxıb və bir qola imza atıb. Almaniyalı futbolçunun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью