“Mançester Siti” satılacaq?

10.10.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mançester Siti” satılacaq?

Əbu-Dabidən olan investorlar “Mançester Siti” üzərində nəzarəti saxlamaqdan imtina etməyi nəzərdən keçirirlər.

QOL.az “Financial Times”a istinadən xəbər verir ki, buna səbəb İngiltərə Premyer Liqasının maliyyə pozuntuları ilə bağlı iş üzrə qərarına verilən reaksiyaların gözləniləndən fərqli olmasıdır. Klub rəhbərliyinə yaxın mənbənin sözlərinə görə, sahiblər əvvəlcə müstəqil komissiyanın qərarına baxmayaraq, komandaya nəzarəti davam etdirmək niyyətində olublar. Lakin azarkeşlərin mövqeyi daha ziddiyyətli olub.

Mənbə hesab edir ki, “Mançester Siti” ətrafında yaranmış vəziyyət Birləşmiş Ərəb Əmirliklərinin bundan sonra da Böyük Britaniya iqtisadiyyatına investisiya yatırıb-yatırmayacağı ilə bağlı suallar doğurur. Premyer Liqa klublarından birinin rəhbəri isə BƏƏ kimi mühüm tərəfdaşlarla yaxşı münasibətlərin qorunmasının Britaniya üçün əhəmiyyət daşıdığını bildirib.

Bununla belə, Britaniya rəsmiləri vəziyyətin ciddi nəticələrə səbəb olacağını gözləmirlər. Hökumət nümayəndələrindən biri “Mançester Siti”nin sahiblərinin təcrübəli investorlar olduğunu və ölkənin siyasi sisteminin xüsusiyyətlərini yaxşı anladıqlarını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью