futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Everton”un futbolçusu İliman Ndiayi klubunu dəyişməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” yarımmüdafiəçinin transferi üçün mersisaydlılarla anlaşıb. Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.
26 yaşlı futbolçu özü də böyük klubda oynamaq arzusundadır. “Mançester Siti” transfer üçün “Everton”a 75.8 milyon funt-sterlinq ödəyəcək.
Ndiayi ötən mövsüm Premyer Liqada 32 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “Everton”la müqaviləsi 2029-cu ilin yayına kimidir.