Mançester Siti son üç ildə ilk dəfə ardıcıl üç oyunda məğlub olub

06.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin "Mançester Siti" klubu 2021-ci ilin avqustundan bəri ilk dəfə bütün yarışlarda ardıcıl üç oyunda məğlub olub.

Oxu.Az xəbər verir ki, "Mançester Siti" bu antirekorda ötən gün Çempionlar Liqası matçında imza atıb.

Turnirin Liqa mərhələsinin IV turunda Portuqaliya təmsilçisi "Sportinq"ə 1:4 hesablı məğlubiyyət "Mançester Siti" üçün cari mövsüm bütün turnirlərdə ardıcıl üçüncü məğlubiyyət olub.

Qeyd edək ki, komanda buna qədər Premyer Liqada "Bornmut"a, İngiltərə Liqa Kubokunda isə "Tottenhem"ə 1:2 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью