Mançester Siti üçün 2 şad xəbər

21.12.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Mançester Siti"nin müdafiəçiləri Manuel Akanci və Con Stounz zədələrini sağaldıblar.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola danışıb.

O, futbolçularının artıq komanda ilə məşqlərə başladıqlarını deyib: “Manuel və Con məşqə qayıdırlar. Bu, bizim üçün çox yaxşıdır".

Xatırladaq ki, Akanci İngiltərə Premyer Liqasının 14-cü turunun “Nottinqem Forest”lə oyununda (3:0) zədələnmişdi. Stounz isə 12-ci turun "Tottenhem"lə matçında (4:0) sıradan çıxmışdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью