Mançester Siti Ukrayna millisinin müdafiəçisini ala bilər

19.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Ukrayna millisinin və "Bornmut"un mərkəz müdafiəçisi İlya Zabarnı İngiltərənin başqa klubuna keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "deadlinedaylive" portalı məlumat yayıb.

"Mançester Siti" futbolçunun transferində maraqlıdır.

"Vətəndaşlar"ın rəhbərliyi yay transfer pəncərəsində Zabarnının transferini rəsmiləşdirməyi planlaşdırır.

Potensial müqavilə təxminən 60 milyon avro dəyərində qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью