Mançester Siti ukraynalı müdafiəçini transfer etmək istəyir

25.11.2024

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "şəhərlilər" "Bornmut"da çıxış edən İlya Zabarnıyı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Bornmut" ukraynalı mərkəz müdafiəçisi üçün 65 milyon funt-sterlinq tələb edir. "Çelsi" və "Tottenhem" də 22 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Bornmut" İlya Zabarnıyı ötən ilin yanvar ayında Kiyev "Dinamo"sundan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью