Mançester Siti və Çelsi müdafiəçi uğrunda Barselona ilə mübarizə aparır

05.02.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kristal Pelas"ın sağ cinah müdafiəçisi Daniel Munoz ilə Avropanın üç aparıcı klubu maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" kolumbiyalını yaxından izləyir.

Məlumata görə, İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları da 28 yaşlı futbolçu üçün "blauqrana" ilə yarışmağa hazırdır.

Transfermarkt mütəxəssisləri "qartallar"ın oyunçusunun dəyərini 25 milyon avro qiymətləndirib.

Daniel Munoz bu mövsüm "Kristal Pelas"ın heyətində 27 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Müdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью