Mançester Siti və Real Liverpul un futbolçusunu transfer etmək istəyir

11.11.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real" (Madrid) klubları "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslayın transferində maraqlıdırlar.

"Report" "Diario AS" nəşrinə istinadən xəbər verir ki, hər iki klub 25 yaşlı futbolçunu yaxından izləyirlər.

"Liverpul" isə Soboslayı komandada saxlamaq niyyətindədir və ona daha yaxşı şərtlə yeni müqavilə təklif etməyi planlaşdırır. Klub onun hazırda həftəlik 135 min avro olan maaşının artırılmasını da nəzərdən keçirir.

Qeyd edək ki, Dominik Soboslay cari mövsüm 16 oyunda meydana çıxıb, 2 qol vurub və 5 assist edib. Onun "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью